“QALA” FİLMİNİN TƏQDİMATI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, avqustun 2-də Azərbaycan kinosunun yaradılmasının 110 illiyi qeyd ediləcəkdir.
Həmin gün “Azərbaycan” kinoteatrında “Qala” filminin təqdimatı da nəzərdə tutulmuşdur. Filmin nümayişindən əvvəl tədbir iştirakçıları Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olacaq, kino veteranlarına Mədəniyyət və Turizm Nazirliyinin mükafatları veriləcəkdir.
Rejissor Şamil Nəcəfzadənin quruluşunda lentə alınmış “Qala” filmində baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllimova ifa edirlər.
Filmin operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]