“Qalatasaray” komandası Çempionlar Liqasında mübarizəyə başlayır
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə A, B, C və D qruplarının qarşılaşmaları baş tutacaq.
A qrupunda mübarizə aparan Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək. Bu qrupun digər matçında İngiltərənin “Mançester Yunayted” klubu Almaniyada “Bavariya”nın qonağı olacaq.
B qrupunda İngiltərə “Arsenal”ı evdə Niderlandın PSV kollektivini sınağa çəkəcək. İspaniya “Sevilya”sı isə Fransada “Lans”la qarşılaşacaq.
C qrupunda İspaniya “Real Madrid”i Almaniyanın “Union” klubu ilə, Portuqaliya “Braqa”sı isə İtaliyanın “Napoli” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
D qrupunda isə Avstriya “Zaltsburq”u Portuqaliyada “Benfika” ilə, İtaliya “İnter”i isə İspaniyada “Real Sosyedad”la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
20 sentyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) - “Kopenhagen” (Danimarka)
23:00. “Bavariya” (Almaniya) - “Mançester Yunayted” (İngiltərə)
B qrupu
23:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland)
23:00. “Sevilya” (İspaniya) - “Lans” (Fransa)
C qrupu
20:45. “Real” (İspaniya) - “Union” (Berlin, Almaniya)
23:00. “Braqa” (Portuqaliya) - “Napoli” (İtaliya)
D qrupu
23:00. “Benfika” (Portuqaliya) - “Zaltsburq” (Avstriya)
23:00. “Real Sosyedad” (İspaniya) - “İnter” (İtaliya)
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinə ötən gün keçirilmiş 8 oyunla start verilib.