Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 13 santimetr artım müşahidə olunub
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində suyun səviyyəsində 4, Kürəkçayın Çaykənd məntəqəsində 1 santimetr artım qeydə alınıb. Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi 5, Zəyəmçayın Ağbaşlar məntəqəsində 3, o cümlədən Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində 1 santimetr azalıb, Vəlvələçayın Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsi 1 santimetr artıb. Lənkərançay-Sifidor məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 517 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 72 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 5 faiz azdır.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 13 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 114 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 64 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 21 faiz çoxdur.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 315 santimetr, su sərfi isə 83 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 111, Kür-Bankədə 2 santimetr artaraq 91, Araz-Novruzluda isə suyun səviyyəsi dəyişməyərək 50 santimetr təşkil edib.