MƏDƏNİYYƏT
“Qara Adam” filminə görə aktyor Dueyn Conson 22,5 milyon dollar alıb


Bakı, 21 iyul, AZƏRTAC
“Warner Bros” film studiyası DC komiksləri əsasında çəkdiyi “Qara Adam” elmi-fantastik filmində baş rolu canlandıran Hollivud ulduzu Dueyn Conson 22,5 milyon dollar qonorar alıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə filmin prodüseri Hiram Qarsiya məlumat verib.
“Əvvəllər film çəkilişlərinin müqabilində dəfələrlə ən yüksək qonorar alan aktyor D.Conson “Qara Adam” filmində iştirak etdiyi üçün heç də həmkarlarından az qonorar almayıb. Təbii ki, D.Consonun qazancı, bütün rekordları üstələyən “Top Gun: Meverik” filmi sayəsində 100 milyon dollardan çox qazanan Tom Kruzun qazancı ilə müqayisəyə gəlmir. Qara Adam heyrətamiz gücə malik bir obrazdır. Onun super sürəti var və uça bilir. Biz bunu film boyu kinosevərlərə hiss etdirmək istəyirik. Qara Adamın uçması üçün istifadə etdiyimiz texnologiya əvvəllər heç vaxt istifadə olunmayıb. Bu tamamilə unikal texnologiyadır. Personajı tamaşaçıya real hiss etdirmək bizim üçün çox vacibdir”, - deyə filmin prodüseri Hiram Qarsia bildirib.