“Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb
Bakı, 25 noyabr, AZƏRTAC
“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.
Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk komanda Sumqayıt “Xəzər”i 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001-ci illər mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. “Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]