“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında 2020-ci ilin komandası seçilib
Bakı, 28 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. Bu haqda Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, il ərzində 2019-2020-ci il mövsümünün 6, 2020-2021-ci il mövsümünün 13 turunun oyunları keçirilib. On doqquz turda ümumilikdə 75 oyun baş tutub. Bu matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabərdir. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıb, 22 görüşdə isə heç-heçə qeydə alınıb.
Yola salmaqda olduğumuz ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox - 37 xal toplayıb. Cəmi bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda - 10 qələbəsi olan “Neftçi” 36 xal toplayıb. Üçüncü sırada qərarlaşan “Zirə” klubu “ağ-qaralar”dan 10 xal geridədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]