“Qarabağ” komandası “Ferentsvaroş” ilə matçda birinci hissədən sonra hesabda öndədir
Bakı, 9 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçının birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da keçirilən oyunun birinci hissəsi 1:0 hesabı ilə “Qarabağ”ın üstünlüyü ilə yekunlaşıb.
Görüşün 7-ci dəqiqəsində Abdullah Zubir Ağdam komandasını hesabda önə çıxarıb.
Oyunu ispaniyalı baş hakim Karlos del Serro Qrande idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi Çempionlar Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)-“Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
“Qarabağ”-“Ferentsvaroş” oyununda uduzan komanda isə yolunu UEFA Avropa Liqasında davam edəcək. Həmin komanda pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) - “Şkupi” (Şimali Makedoniya) klublarından biri ilə görüşəcək. Meydan sahibləri İrlandiyadakı ilk oyunda 3:1 hesablı qələbə qazanıblar.
Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə paytaxtımızdakı ilk qarşılaşmasında qollu heç-heçə qeydə alınmışdı - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]