“Qarabağ” komandasının növbəti mərhələdəki mümkün rəqibi məlum olub
Bakı, 9 avqust, AZƏRTAC
“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi məlum olub.
AZƏRTAC xəbər verir ki, bu, üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Viktoriya” (Plzen, Çexiya) - “Şerif” (Moldova) görüşündə müəyyənləşib.
Azərbaycan təmsilçisi bu mərhələdə Macarıstan çempionunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti görüşdə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.
Ötən həftə Moldovada keçirilən ilk qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanan Plzen şəhərinin təmsilçisi Çexiyada təşkil olunan cavab oyununda da qalib gəlib.
Meydan sahibləri rəqibini yenə də eyni hesabla məğlub edərək pley-off mərhələsinə yüksəlib.
Çexiya çempionunun rəqibi hazırda davam edən “Ferensvaroş” - “Qarabağ” matçında dəqiqləşəcək. Komandamız hazırda Budapeştdə “Ferentsvaroş”la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubunun xeyrinədir - 1:0.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 16-17-də və 23-24-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]