QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ YENİ MƏNZİL VERİLMİŞDİR
Babək rayonunun Cəhri kənd sakini, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş Qarabağ müharibəsi əlili Rauf Vəliyevə yeni ev verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə evin açarlarını müharibə əlilinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təqdim etmişdir. 600 kvadratmetr həyətyanı sahəsi olan ev zəruri avadanlıq, mebel, yataq dəsti və televizorla təmin olunmuşdur.