QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ MƏNZİLLƏRİN ORDER VƏ AÇARLARI TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ikimərtəbəli, 16 mənzilli bina istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov mənzil alan ailələri təbrik etmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, 2008-ci ilin ötən dövründə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 108 mənzil verilmiş, ilin sonunadək bu kateqoriyadan olan daha 388 ailəyə mənzil veriləcəkdir. 2009-cu ildə isə Qarabağ müharibəsi və şəhid ailələrinə 751 mənzilin verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, Yevlax və Xaçmazda tikilən əlillərin reabilitasiyası mərkəzləri bu yaxınlarda istifadəyə veriləcəkdir.
Mərasimin sonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin order və açarları təqdim olunmuşdur. Yeni mənzil alan hər bir ailəyə televizor, paltaryuyan maşın və xalça verilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
- 19.06.2026 [11:25]
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]