“Qarabağ” “Sumqayıt”ı böyük hesabla məğlub edib
Bakı, 21 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
“Azərsun Arena”da keçirilən görüş ağdamlıların 6:1 hesablı qələbəsi ilə baş çatıb.
“Qarabağ”ın heyətində Donald Qerye (2), Abdulla Zubir (2), Turan Bayramov və Mahir Əmrəli fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 18-ə çatdıran Ağdam təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. “Sumqayıt” isə 15 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, noyabrın 21-də keçirilməsi nəzərdə tutulan “Sabah”-“Səbail” qarşılaşması bəzi futbolçuların COVID-19 testindən yenidən keçəcəyi üçün təxirə salınıb.
Turun digər görüşləri noyabrın 22-də keçiriləcək.
Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ”-“Neftçi” matçında baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matç saat 14:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Zirə” - “Keşlə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.
Bütün oyunlar “CBC Sport” kanalı ilə yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]