“Qarabağ”a 2 qol vuran gürcüstanlı hücumçu Fransada qarət olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Gürcüstan millisinin və Fransanın "Lion" komandasının futbolçusu Jorj Mikautadze qarət olunub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hadisə Liqa 1-in XIII turunun "Nitsa" ilə oyunundan (4:1) sonra baş verib.
Evinin qarşısında 24 yaşlı hücumçuya yaxınlaşan iki naməlum şəxs onun bahalı saatını və pulunu alıb. İddiaya görə, cinayətkarlardan birinin üzərində silah olub. Hadisə nəticəsində futbolçu xəsarət almayıb. İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Jorj Mikautadze noyabrın 28-də UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirilmiş V tur oyununda (4:1) Ağdam təmsilçisinin qapısına 2 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [19:24]
Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam
- 31.10.2026 [19:04]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib
- 31.10.2026 [15:19]
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq
- 31.10.2026 [13:05]
Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək
- 31.10.2026 [12:37]