Qarabağda biznes qurmaq üçün 900-dək müraciət qeydə alınıb
Bakı, 15 noyabr, AZƏRTAC
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən toplanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov 25-ci Beynəlxalq Biznes Forumda deyib.
O qeyd edib ki, hazırda müxtəlif sektorları əhatə edən 900-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınıb. Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir.
“Fürsətdən istifadə edərək, mən Azərbaycanda, eləcə də Qarabağda biznes fəaliyyətini aparmaq istəyən sahibkarları agentliyimizə müraciət etməyə dəvət edirəm. KOBİA olaraq biz bütün tələb olunan addımlarda dəstək göstərməyə, o cümlədən müvafiq qurumlarla əlaqələndirmə işlərinə və etibarlı yerli tərəfdaşların müəyyən edilməsinə köməklik etməyə hazırıq”, - deyə O.Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]