İDMAN
Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş cüdo üzrə turnir keçirilmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Qaradağ rayonundakı Yeni Sahil İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş cüdo üzrə açıq turnir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilmiş turnirdə ölkəmizin müxtəlif regionlarından 16 komanda olmaqla 392 idmançı iştirak etmişdir.
Yarışda Rəvan Təhməzov (21 kq), Kənan Nəcəfov (24 kq), Səxavət Hacıyev (27 kq), Nazir Talıbov (30 kq), Fuad Kərimov (34kq), Rövşən Əliyev (38 kq), Elvin Əliyev (46 kq), Eldar Soltanov ( 50 kq), Fərrux Nəsibzadə (66 kq-dan yuxarı), Tural Səmədli (55kq-dan yuxarı), müxtəlif yaş kateqoriyaları üzrə Səid Allahverdiyev, Nərman Kərimov (hər ikisi 42 kq), Elvin Əhədov, Nicat Qurbanzadə, İsmixan Vəliyev ( hər üçü 55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.