Qarlı havalarda sürücülərə operativ məlumat verən sistemlər effektiv işləyirmi?
Bakı, 26 dekabr, AZƏRTAC
Qarlı havalarda sürücülərə operativ məlumat verən sistemlərin effektivliyi mövcuddur, lakin müəyyən boşluqlar da qalır.
Nəqliyyat eksperti Aslan Əsədov AZƏRTAC-a açıqlamasında bildirib ki, hazırda sürücülərə məlumatlar əsasən android və smartfonlar vasitəsilə ötürülür.
Onun sözlərinə görə, bu məlumatlar daha çox hava proqnozu və temperatur göstəriciləri ilə bağlı olur: “Əsas məlumat mənbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Polis İdarəsidir. Sürücülər üçün əsas istinad da məhz bu qurumların verdiyi məlumatlardır. Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yolların qardan təmizlənməsi işlərinə cavabdehdir. Fövqəladə Hallar Nazirliyi isə qəza və riskli hallarda xilasetmə briqadalarını cəlb edir”.
Ekspert deyib ki, bu qurumlar arasında daha güclü koordinasiya təmin olunarsa, qarlı hava şəraitində sürücülərin vaxtında və düzgün məlumatlandırılması daha effektiv olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]