QARSDAKI HEYDƏR ƏLİYEV PARKI GENİŞLƏNDİRİLƏCƏKDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Heydər Əliyev iyunun axırlarında Türkiyəyə işgüzar səfəri zamanı Qars şəhərində onun adını daşıyan parkın açılışında da iştirak etmişdir. Şəhərin füsünkar bir yerində salınmış parkda həmyerlimiz, heykəltəraş Şərif Şərifovun hazırladığı “Leyli və Məcnun” abidəsi də qoyulmuşdur.
Bu günlərdə Şərif Şərifov Qarsdan qayıtmışdır. O, parkda yenidənqurma işlərinin davam etdirildiyini bildirərək demişdir:
-Baş plana əsasən, parkda yaşıllıq zolağının sahəsi genişləndiriləcək, sahil bağı ilə birləşdiriləcəkdir. Xiyabanlarda kiçik heykəltəraşlıq nümunələri qoyulacaqdır. İndi mən həmin park üçün bir neçə abidə üzərində işləyirəm. Azərbaycan-Türkiyə dostluğunun daha bir rəmzi olan Heydər Əliyev parkı yeni görkəm alacaq, Qarsın ən yaraşıqlı istirahət guşələrindən birinə çevriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]