Qatvik aeroportunun fəaliyyəti bərpa edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Qatvik aeroportunun fəaliyyəti bərpa edilib - dekabrın 20-də Şanxaydan gələn ilk təyyarə hava limanına enib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qatvik aeroportunun qalxma-enmə zolağı məhdud sayda təyyarə üçün açıq elan olunub. Aeroport rəhbərliyi, eyni zamanda, sərnişinlərə hava limanına gəlməzdən əvvəl reyslərinin statusunu yoxlamağı tövsiyə edib.
Qeyd edək ki, Qatvik aeroportu dekabrın 19-da qalxma-enmə zolağı üzərində 2 pilotsuz uçuş aparatının görünməsindən sonra fəaliyyətini dayandırmış, hava limanına yaxınlaşan təyyarələr isə Kardif, Liverpul, Mançester, həmçinin Londonun Stansted və Luton aeroportlarına yönəldilmişdi. Hazırda dronları idarə edən şəxslər axtarılır.
Londonun 46 kilometr cənubunda yerləşən Qatvik aeroportu il ərzində 45 milyondan çox sərnişinə xidmət edir. O, ötən ilədək dünyanın ən çox yüklənmiş hava limanı sayılırdı. Sonradan Mumbay şəhərindəki Çatrapati Şivaci adına aeroport bu göstəriciyə görə onu üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]