Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub
Qax, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Elçin Məhərrəmin “Günəşin dostları” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər başa çatıb və fevralın 20-də tamaşaya ictimai baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Afət Yaqubova (nənə), Elnurə Əliyeva (tuk-tuk quşu), Cəbrayıl Quluşov (eynəkli), Elnarə Razıyeva (ana), Aynurə Abbasova (tənbəl), Məlahət Məmmədova (balaca şahzadə), İlmar Abdullayev (şüşəgöz), Azər Kərimov (səkkizayaq) və Fidan Mahmudzadə (arı) ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Uşaqların və valideynlərin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin izlədiyi ilk tamaşa uğurlu keçib.