Qax gəncləri də “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar bir sıra rayonlarda reallaşdırılan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər təmizlik işləri aparıb, evdə, həyətdə və bağda səliqə-sahman yaradıblar. Gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.
Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.