Qaxda dayanma-durma qaydalarını pozan sürücülər cərimələniblər
Bakı, 6 avqust, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarına riayət olunması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşları şəhərin müxtəlif istiqamətlərində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Reyd zamanı həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub.