Qaxda evinin həyətində narkotik becərən şəxs tutulub
Bakı, 18 avqust, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qulluq göstərilən, ümumi çəkisi 2 kiloqrama yaxın olan çətənə kolları aşkarlanıb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.