Qaxda quru tütün istehsalı 86,3 ton artıb
Qax, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Qax rayonunun təsərrüfatlarında 993,3 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 86,3 ton artıb. Qurudulmuş tütünün hamısı tədarük müəssisələri tərəfindən qəbul edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötənilki mövsümdə rayonun təsərrüfatlarında 450 hektarı “Virciniya botaniki”, 24 hektarı isə digər tütün sortları olmaqla, 474 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar 35 fermerlə müqavilə bağlanılıb. Mövsüm ərzində torpaq mülkiyyətçiləri “Azərtütün” ASC, “Zaqatala AGRO Industry” MMC və “TES AGRO” MMC-nin emal məntəqələrinə qurudulmaq üçün 6540 ton yaş tütün təhvil veriblər.
Hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda builki mövsümdə tütün əkiləcək sahələr müəyyənləşdirilir. Tütün şitillərinin yetişdirilməsi üçün torpaq mülkiyyətçiləri tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]