QAZ ANBARLARININ TUTUMU ARTIRILACAQ
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, payız-qış mövsümü üçün yeraltı anbarlara ehtiyat qaz vurulmasına başlanmışdır. Bu il anbarlara 1 milyard 30 milyon kubmetr qaz vurulması nəzərdə tutulur. Mövcud “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarının faydalı tutumu 1,3 milyard kubmetrdir. Azərbaycan Prezidentinin tapşırığı ilə bu iki anbarın qaz tutumu 3 milyard kubmetrə qədər genişləndiriləcək, Qaradağda 2 qaz kompressor stansiyası quraşdırılacaqdır. Hollandiyalı mütəxəssislərin iştirakı ilə mühüm strateji əhəmiyyətli bu proqramın texniki-iqtisadi əsaslandırma layihəsi hazırlanmışdır. Onun reallaşdırılması üçün xarici banklardan 30 milyon ABŞ dolları məbləğində kredit almaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]