Qazax rayon gəncləri arasında keçirilən intellektual yarış başa çatıb
Bakı, 19 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Əsrə bərabər 44 gün" layihəsi keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Qazax rayon gəncləri arasında keçirilən intellektual yarış başa çatıb.
"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışının yekun nəticələrinə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" komandası yarışın qalibi olub. “Hürufilər” komandası ikinci, “Drakarys” komandası isə üçüncü yerlərdə qərarlaşıblar.
Sonda qalib komandalar kubokla, komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.