Qazaxda səhər gimnastikası keçirilib
Qazax, 30 iyun, AZƏRTAC
Qazax şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Qazax İdman Paytaxtı-2026” çərçivəsində səhər gimnastikası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirin məqsədi şəhər sakinləri arasında sağlam həyat tərzinin təbliği, müntəzəm idman vərdişlərinin təşviqi və fiziki fəallığın artırılması olub.
Səhər gimnastikasında şəhər sakinləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də idmançılar qatılıb.
Müxbir - Ruslan Novruzoğlu