Qazaxıstan Çinlə sərhəddə gecikmələrin səbəblərini açıqlayıb
Astana, 8 aprel, AZƏRTAC
Hazırda Qazaxıstan-Çin keçid məntəqələrində yükdaşıyan avtonəqliyyatın əhəmiyyətli dərəcədə sıxlığı müşahidə olunur.
AZƏRTAC Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinə istinadla xəbər verir ki, bu, bir sıra amillərlə bağlıdır.
Xüsusilə, səbəb yük nəqliyyat vasitələrinin bron etmə tarixindən əvvəl vaxtından tez gəlməsi, daxili prosedurlar və sərhəddə işin xüsusiyyətləri ilə əlaqədar Çin hakimiyyəti tərəfindən rəsmiləşdirmə prosesinin ləng olmasıdır.
Bundan əlavə, Çin ərazisində yoxlama-baxış kompleksləri də daxil olmaqla, yol örtüyünün yenidən qurulması və infrastrukturun modernləşdirilməsi üzrə işlər davam etdirilir ki, bu da öz növbəsində keçid qabiliyyətini azaldır.
Həmçinin, ənənəvi olaraq nəqliyyat axınının artmasına səbəb olan tətil dövrlərinin təsiri də qeyd olunur.
Dövlət Gəlirləri Komitəsi Çin tərəfi ilə fəal əməkdaşlıq edir, iki ölkə arasında keçid qabiliyyətinin artırılması və koordinasiyanın təkmilləşdirilməsi istiqamətində müntəzəm danışıqlar aparır.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [19:32]
“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib
- 31.10.2026 [17:58]
İran müharibə ehtimalını istisna etmir
- 31.10.2026 [17:54]
İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb
- 31.10.2026 [17:49]