QAZAXISTAN PAYTAXTININ ADINI DƏYİŞMƏK TƏKLİF OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan Today” agentliyinin məlumatına görə, Qazaxıstan parlamentinin deputatı Sat Tokpakbayev respublika paytaxtının adını dəyişməyi təklif etmişdir.
Onun fikrincə, Astananın adı dəyişdirilib Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılmalıdır.
Parlamentin üzvü təşəbbüsünü şərh edərək bildirmişdir ki, N.Nazarbayev Qazaxıstanın və Astananın inkişafında böyük rol oynamışdır. O demişdir: “Prezident həm iş icraçısı, həm də ata idi. O, hər binanın tikintisinə, hər küçənin salınmasına ciddi nəzarət edirdi”.
Paytaxtın adının dövlət başçısının şərəfinə dəyişdirilməsi məsələsi əvvəllər də müzakirə olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]