Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək
Astana, 26 aprel, AZƏRTAC
Qazaxıstan yaxın aylarda özünün yeni super kompüterinin yaradılmasına 40-50 milyon ABŞ dolları yatırım edəcək.
AZƏRTAC “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Kanış Tuleuşin söyləyib.
Onun sözlərinə görə, üç ay ərzində ölkəyə “Nvidia” şirkətinin 64 klaster super kompüterləri gətiriləcək. “Çiplərin ilk partiyası artıq çatdırılıb. Gələcəkdə yeni “Nvidia H200” çiplərinin alınması planlaşdırılıb”, - deyə o söyləyib.
Super kompüter təhlükəsizliyin bütün tələblərinə cavab verən yeni Məlumatların Emalı Mərkəzinin bazasında quraşdırılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]