Qazaxıstan vətəndaşlarını Əfqanıstandan təxliyə edib
Nur-Sultan, 19 avqust, AZƏRTAC
Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus S-295 hərbi nəqliyyat təyyarəsi Əfqanıstandan təxliyə edilən 42 sərnişini ilə Almatı hava limanına eniş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Qazaxıstana 10-u uşaq olmaqla 25 nəfər səfirliyin əməkdaşları, bundan əlavə 14 nəfər Qırğızıstan vətəndaşı da təxliyə edilib. Bu təyyarədə Qazaxıstan səfirliyinə kömək üçün müraciət edən Rusiya və Litva vətəndaşı da təxliyə edilib.
Qeyd edək ki, Əfqanıstan səfirliyi Qazaxıstanda fəaliyyətini davam etdirir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan