Qazaxıstanın cənubunda kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edilib
Jambıl, 9 fevral, AZƏRTAC
Qazaxıstanın cənubunda baş vermiş kütləvi iğtişaşlar zamanı Jambıl vilayətinin akimi (qubernatoru) ərazidə fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, Jambıl bölgəsində hadisələrin fəsadlarının aradan qaldırılması üçün hökumət komissiyasının rəhbəri, ölkənin Baş nazirin müavini Berdibek Saparbayev bölgəyə gəlib.
Araşdırmaların aparıldığını, əhaliyə dəyən ziyanın qanun çərçivəsində hökumət tərəfindən ödəniləcəyini deyən B.Saparbayev günahkarların cəzalandırılacağını, bütün zərərçəkənlərə lazımi tibbi və digər yardımın göstəriləcəyini bildirib. Qeyd edib ki, indi əsas məsələ bölgədə sabitliyin təmin olunmasıdır.
Xatırladaq ki, Qazaxıstanın cənubunda, Jambıl vilayətinin Korday kəndində kütləvi dava düşüb. İğtişaşlar nəticəsində 10 nəfər həlak olub. Həmçinin 50 nəfər yaralanıb və daha 50 nəfər saxlanılıb. Hadisələrin gedişində 25 fərdi evə, 31 kommersiya obyektinə və 41 avtomobilə ziyan dəyib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Jambıl
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]