REGİONLAR
QAZAXLI FERMERLƏR TOXUM EHTİYATI YARADIRLAR
Qazaxlı fermerlər gələcəkdə rayonun sahibkarlarını toxumla təmin etmək məqsədi ilə 500 hektar sahədə yüksək məhsuldar buğda toxumu əkmişlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, taxıl sahələrinin qayğı ilə becərilməsi və bitkilərin indiki vəziyyəti bol məhsul vəd edir. Hava şəraiti axıra qədər imkan versə, hər hektardan orta hesabla 60-70 sentner məhsul götürüləcək ki, bu da gələcəkdə rayonun toxuma olan tələbatını tam ödəyəcəkdir.