Qəbələ sakinlərinin qaz təsərrüfatına dair müraciətləri dinlənilib
Bakı, 30 noyabr, AZƏRTAC
Vətəndaşların qaz təchizatında üzləşdikləri problemlərin həlli istiqamətində həyata keçirilən “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası növbəti dəfə Qəbələ sakinlərinin ixtiyarında olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, mikrofon önünə keçən sakinlərdən 4-nün müraciəti fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub. Zarağan qəsəbə sakini yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş edib. Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsinin sakinləri isə küçə qaz xəttinin çəkilməsini istəyib.
Bütün müraciətlər “Azəriqaz”ın Zaqatala Regional Qaz İstismarı İdarəsinin məsul şəxsləri tərəfində qeydə alınıb.