Qəbələdə dəm qazı can alıb
Qəbələ, 13 aprel, AZƏRTAC
Qəbələ rayonunda fərdi mənzillərdən birində dəm qazından ölüm hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri Qəbələ Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, rayon sakini, 53 yaşlı Xatirə Hacıbalayeva dəm qazından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya daxil olub. Həkimlər ona ilkin tibbi yardım göstərib. Lakin bütün tibbi müdaxiləyə baxmayaraq Xatirə Hacıbalayevanın həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş ölüm hadisəsi ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma başlanılıb.