QƏBƏLƏDƏ MƏHSULDAR ARI AİLƏLƏRİNİN SAYI 1.229-A ÇATMIŞDIR
Qəbələ, 20 aprel (AZƏRTAC). Qəbələ rayonunda arıçılıq sürətlə inkişaf etdirilir. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, dağlıq və düzən əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli olan bu sahənin inkişafı üçün gözəl şərait vardır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılmışdır.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda görülən səmərəli işlərin nəticəsidir ki, arıçılıq təsərrüfatları və bu sahə ilə məşğul olanların sayı ildən-ilə artır. Son bir ildə rayonda 37 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaratmışdır. Hazırda arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 247-yə, arı ailələrinin sayı isə 1.229-a çatmışdır. Peşəkar arıçılar nəinki öz təsərrüfatlarının genişləndirilməsi, habelə daha məhsuldar və yerli şəraitə uyğun cinslər hesabına arı ailələrinin yetişdirilməsi sahəsində mühüm işlər görürlər.
Ötən bir ildə qəbələli arıçılar 15 tona yaxın bal istehsal etmişlər. Rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə 3-4 dəfə artırılması nəzərdə tutulmuşdur. Qəbələnin qabaqcıl arıçılarından olan İlham Vəliyev və Kamran Bayramov Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanına layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]