Qəbələdə şəhid Məhəmməd Qarayevin xatirəsi anılıb
Qəbələ, 13 may, Mustafa Dadaşov, AZƏRTAC
2023-cü ilin mayında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Qəbələ şəhər sakini, Sərhəd Qoşunlarının hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlunun şəhadətə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar mayın 13-də anım mərasimi keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin ildönümü ilə əlaqədar rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.