Qəbələdə stend atıcılığı üzrə beynəlxalq yarışda 9 ölkədən 70 idmançı mübarizə aparır
Qəbələ, 8 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin ilk günü səhər saatlarında idmançıların məşq prosesi olub. Günün ikinci yarısında isə qadın və kişilər arasında səngər stend yarışlarına start verilib. Final yarışı və qaliblər mayın 9-da məlum olacaq.
Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir.
Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 10-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
- 10.06.2026 [11:30]
Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
- 10.06.2026 [11:23]