Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam edir
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində şimal bölgəsində maarifləndirmə görüşləri keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz rayonunun Nərəcan, Pirquluoba, Çarxı və Sayad kəndlərində, həmçinin Quba rayonunun Zərdabi qəsəbəsində və Alekseyevka kəndində təşkil olunan görüşlərdə sakinlərə zərərvericinin yayılma yolları, kənd təsərrüfatına vurduğu ziyan və onunla mübarizə üsulları barədə məlumat verilib.
Onları maraqlandıran suallar cavablandırılıb, məlumat kitabçaları paylanılıb.