QƏLƏBƏ BANKDAKI ƏMANƏTLƏRİ ARTIRACAQDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi günlər Avstriyanın “Erste Bank”ı azarkeşlərə varlanmaq imkanı verəcəkdir.
Bunun üçün bankda 1978-ci ildə Argentinada keçirilmiş dünya çempionatında Avstriya yığmasının Almaniya milli komandası üzərində Kordova şəhərində qazandığı qələbə şərəfinə “Cordova Garant” adlandırılmış 18 aylıq depozit hesabı açmaq lazımdır.
Bu dəfə qitə çempionatının final mərhələsində bir qrupa düşmüş Almaniya və Avstriya komandalarının görüşündə sonuncular qalib gələrlərsə, bu əmanətlərin məbləği avtomatik olaraq 1 faiz artacaqdır. Əgər avstriyalılar bu oyunda 30 il əvvəlki kimi 3:2 hesabı ilə qalib gəlsələr, onda əmanətlərin məbləği daha 3,2 faiz artırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]