Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərb Gürcüstanda “rəngli inqilab” ssenarisi həyata keçirməyə cəhd edir ŞƏRH

Qərb Gürcüstanda “rəngli inqilab” ssenarisi həyata keçirməyə cəhd edir  ŞƏRH

Bakı, 30 noyabr, AZƏRTAC

Dünyada, o cümlədən bizim regionumuzda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi bütün dövrlərdə əsas çağırışlardan olsa da Qərbin müxtəlif adlar altında bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri vəziyyəti gərginləşdirir, yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycanın qonşusu və yaxın dostu Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb bu Cənubi Qafqaz ölkəsində “rəngli inqilab” ssenarisi planlaşdırıb və onu nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.

Beynəlxalq hüququn normalarına əsasən ölkələrin daxili işlərinə müdaxilələr yolverilməz olduğu halda Qərbin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq bu istiqamətdə addımlar atmaqda davam etməsi müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Görəsən, bəzi dünya gücləri maraqlarını ədalət və beynəlxalq hüquq prinsiplərindən öndə saxlamaqla bu günədək yaratdıqları gərginliklərin, münaqişə ocaqlarının fərqindədirlərmi? Hər zaman bu çağırış səsləndirilir ki, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə son qoyulmayanadək vəziyyətin bu şəkildə davam etməsi qaçılmazdır. Hazırda regionda gərginliyin yaradılmasına yönələn addımlar da özündə mühüm məqamları və çağırışları ehtiva edir. Belə ki, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü ildə postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda reallaşdırılmış “rəngli inqilab”ların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarının təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Gürcüstan seçicilərinin böyük əksəriyyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına səs verməsi Qərbin planlarını alt-üst etdi. Artıq o vaxtdan ölkədə vəziyyət daha da gərginləşməyə başlayıb. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçkilərdə qalib gəlməsi xarici dairələrlə yanaşı, Gürcüstandakı daxili antimilli qüvvələri də məyus etdi. Seçkilərdən öncəki vəziyyətə diqqət yetirdikdə bugünkü cəhdlərin əsasında hansı məqsədin dayandığını aydın görmək mümkündür. Avropa İttifaqı və digər Qərb təsisatları Gürcüstanda parlament seçkiləri ərəfəsində iğtişaşlar üçün zəmin hazırlıqlarına başladılar. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra məğlubiyyətə uğrayacaqlarını bilən xarici dairələr Tbilisinin küçələrində davamlı etiraz aksiyaları təşkil etməklə niyyətlərinə çata biləcəklərini düşünürdülər. Lakin səsvermə prosesində “Gürcü Arzusu”nu dəstəkləməklə birlik nümayiş etdirən xalq istəyinə nail oldu. Qərbin məqsədi idarə etdiyi Ermənistandan sonra Gürcüstanda da öz maraqlarına uyğun oyuncaq hökumət formalaşdırmaq, Cənubi Qafqazı Qərb-Rusiya qarşıdurması məkanına çevirmək idi. Amma bu çirkin plan baş tutmadı. Parlament seçkilərinin seçicilərin istəyinə uyğun nəticələnməsində dost gürcü xalqının yanında olduğunu bildirən Azərbaycan Qərbə birmənalı olaraq göstərdi ki, onun regionda heç bir inqilab ssenarisi baş tutmayacaq. “Gürcü Arzusu”nun qələbəsi Gürcüstan hakimiyyətinin son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində göstərdiyi qətiyyətin, atdığı inamlı addımların uğurlu nəticəsi idi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma endirmək üçün addımlar atmağa başladı və bu səylər artıq müəyyən uğurlara gətirib çıxarıb. Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” Qanunu qəbul etməsi, cinsi azlıqların fəaliyyətini məhdudlaşdıran normativ-hüquqi aktların tətbiqi, habelə hökumətin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir.

V.Rəhimzadənin sözlərinə görə, artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir. Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. Qərb ümumilikdə hibrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir.

Deputat bildirib ki, hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Gürcü xalqı Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu yaxşı anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı bilirlər ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqları bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək. Dövlətimizin başçısı İlham Əliyevin “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!” çağırışı regionda gərginlik yaratmağa cəhd edən Qərb dairələrinə ciddi mesajdır.

V.Rəhimzadə bildirib ki, region dövlətləri arasında yalnız Ermənistan xarici dəstəkçilərinin çaldığı hava ilə oynayır və onların maraqlarının icraçısı olmaqdan geri çəkilmək istəmir. Bu gün də Qərbin dəstəyi ilə silahlanan Ermənistan özünün fəlakətli sonluğuna doğru irəliləməkdə davam edir. Qərbin Gürcüstan ssenarisinin pozulması Ermənistan hakimiyyətinin ümidlərini sarsıtdı. Ermənilər Qərbin Ukrayna ilə bağlı planının da baş tutacağını düşünür, Ermənistan hakimiyyəti planlarını bu istəyindən çıxış edərək qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun da puça çıxdığını göstərir.

Deputat belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə regionda, eyni zamanda, dünya siyasətində yeni reallıqlar yaradıb. Bu reallıqlar dünyaya sülh, təhlükəsizlik, ən əsası ədalət və beynəlxalq hüquq prinsiplərinə hörmət etmək çağırışıdır. Bəzi dünya gücləri bu prinsiplərin maraqlarının arxasında dayanmasının hansı problemlərə yol açdığının fərqində olmalıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib