“Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı işıq üzü görüb
Bakı, 10 yanvar, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi (Qurbanov) və tarixçi Anar Hüseynovun həmmüəllifi olduqları “Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “SkyG” nəşriyyatında işıq üzü görən 348 səhifəlik kitabda əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun Təzə İbiş və Qoncalı kəndlərində yaşayan Bayraməlilər tayfasının tanınmış adamları, tayfanın hikmət və kəramət sahibi olan şəxsləri haqqında məlumat və xatirələr verilib, aşıq və el şairlərinin şeirləri, bölgəyə məxsus folklor örnəkləri təqdim olunub.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Nigar Həsənova, məsləhətçiləri texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov və Ələsgər Vəliyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru dosent Sönməz Abbaslı, Mahmud Sarıkaya, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və Cəmilə Novruzovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]