“Qəribə adam” tamaşasının premyerası olub
Bakı, 27 dekabr, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.
AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Bildirib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmrulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər.
Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.