Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnoz 115,9 faiz yerinə yetirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 379,6 milyon manat olub, proqnoza 115,9 faiz əməl edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 736,5 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9 faiz və ya 616,5 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artaraq 4 milyard 88,6 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 788,8 milyon manat olmaqla proqnoz 114,6 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3 faiz artıb.
Ödənilmiş vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]