QHT QƏBƏLƏ RAYONUNDA MONİTORİNQ PROQRAMINI BAŞA ÇATDIRMIŞDIR
Təşkilatın rəhbəri Sona Salmanova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, monitorinq RLS-in 10-20 kilometrliyində yerləşən, yəni stansiyanın şüalandırıcılarının gücü nəzərə alınarsa, bilavasitə onun yaxınlığında yerləşən yaşayış məntəqələrində keçirilmişdir. Onun sözlərinə görə, səhiyyə orqanlarının vəziyyəti daim nəzarətdə saxlaması, məsləhətləşmələr aparılması və yerlərdə profilaktik tədbirlər görülməsi çox vacibdir. Onlarca hamilə qadının müayinəsinin nəticələri də bunu sübut edir.
S.Salmanova demişdir ki, Qəbələ RLS həm ekologiyaya, həm də insanların sağlamlığına böyük zərər vurur.