QİÇS XƏSTƏLƏRİNİN SAYI 33 MİLYONA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, dünyada QİÇS xəstələrinin sayı 33 milyon nəfərə çatmışdır. Bu, BMT-nin İÇVQİÇS üzrə birləşmiş Proqramının (YUNEYDS) Parisdə yayılmış məruzəsində bildirilir.
Sənəddə deyilir ki, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər müsbət nəticələr vermişdir. Məsələn, virus daşıyıcılarının sayı 2001-ci ildə 3 milyon nəfər idisə, 2007-ci ildə bu göstərici 2,7 milyon təşkil etmiş, QİÇS xəstələri arasında ölüm hallarının sayı son iki ildə 200 min nəfər azalmışdır.
BMT-nin məruzəsində qeyd olunur ki, buna baxmayaraq, QİÇS Afrikada ölümün əsas səbəblərindən biri olaraq qalır. Virus daşıyıcılarının 67 faizi bu qitədə yaşayır və onların dörddəüçü gənclərdir. Afrikada 10 milyondan çox uşaq bu xəstəlik üzündən yetim qalmışdır.
Qərbi Avropa və Şimali Amerika ölkələrində 2 milyon İÇV daşıyıcısı yaşayır. Tədqiqatçılar Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, İndoneziya, Çin, Keniya, habelə Rusiya və Ukraynada xəstəliyə yeni yoluxma hallarının artdığını qeyd edirlər.
Eyni zamanda, hamiləlik zamanı virusun dölə keçməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülməsi nəticəsində körpələrin QİÇS-lə doğulması hallarının sayı azalmışdır.
YUNEYDS-in hesablamalarına görə, 2007-ci ildə dünyada QİÇS-lə mübarizə üzrə müxtəlif proqramlara 10 milyard dollardan artıq vəsait ayrılmışdır. BMT Proqramının icraçı direktoru Piter Piot demişdir ki, bu təhlükəli xəstəliklə mübarizədə siyasi iradə nümayiş etdirilməli və uzunmüddətli innovasiya mexanizmləri yaradılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]