Qırğızıstan əcnəbilər üçün viza rejimini məhdudlaşdırır
Bakı, 17 oktyabr, AZƏRTAC
Qırğızıstan hökuməti xarici vətəndaşların ölkədə qalma müddətini uzatmaq məqsədilə digər dövlətin ərazisinə keçib qayıtmağa imkan verən “visa-run” qaydasını ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bundan sonra əcnəbilərə “60/120 ” prinsipi üzrə vizasız rejim tətbiq ediləcək. Beləliklə, 60 günlük vizasız rejimdən istifadə edəcək xarici ölkə vətəndaşının Qırğızıstana qayıtması ölkədən çıxdıqdan 60 gün sonra mümkün olacaq.
Nazirlik əcnəbilərdən Qırğızıstana səfərlərini əvvəlcədən planlaşdırmağı, lazım gələcəyi təqdirdə isə ölkədə qalmaq üçün müvafiq icazə sənədlərini qeydiyyatdan keçirməyi xahiş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]