Qırğızıstanın dövlət kanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb
Bakı, 10 iyul, AZƏRTAC
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb. Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından "Azərkosmos" üçün böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Qırğızıstanın digər kanalları da "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]