Qırğızıstanın sabiq Baş naziri: Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət göz önündədir
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət göz önündədir. Hamıya məlumdur ki, hazırda Çin İKT sahəsində dünyada aparıcı yer tutur. Sevindirici haldır ki, hazırda Azərbaycan Çin ilə İKT sahəsində çox sıx əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda panel müzakirələrində çıxışında deyib.
C. Otorbayev bildirib ki, ölkəni innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir. Bu baxımdan COP29-un önəmli platforma olacağını deyən sabiq Baş nazir Azərbaycanın bunun öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.