QIRICI TƏYYARƏ TAMAŞAÇILARIN ÜSTÜNƏ DÜŞMÜŞDÜR
İyulun 27-də Lvovda aviaşou keçirilərkən Su-27 qırıcı təyyarəsi qəzaya uğramışdır. “İnterfaks” agentliyinin verdiyi xəbərə görə, pilotlar katapult vasitəsilə xilas olsalar da, təyyarə tamaşaçıların toplaşdığı yerə düşmüşdür.
Ukrayna Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, qəza nəticəsində 66 nəfər həlak olmuş, 80-dən çox adam yaralanmışdır.
Aviaşou Ukrayna Hərbi Hava Qüvvələrinin 14-cü aviasiya korpusunun 60 illiyi münasibətilə “Skniliv” aerodromunda keçirilirdi. Aviasiya bayramında Su-27 və MiQ-29 qırıcı təyyarələri yüksək pilotaj nümunələri nümayiş etdirirdi. Manevr zamanı Su-27 dayanacaqdakı təyyarəyə ilişmiş və istiqamətini kəskin surətdə dəyişərək meydançaya düşmüşdür. Hərbçilərin fikrincə, qəzanın ən çox ehtimal edilən səbəbi təyyarə alçaqdan uçarkən mühərriklərin xarab olmasıdır.
Ukrayna Müdafiə Nazirliyi qəzanın səbəblərini və şəraitini araşdırmaq üçün komissiya yaratmışdır. Ona müdafiə idarəsi başçısının vəzifəsini icra edən Pyotr Şulyak rəhbərlik edir.
Ukrayna Prezidenti Leonid Kuçma Krımda istirahətini dayandıraraq Lvova getmişdir.
Azərbayan Prezidenti Heydər Əliyev təyyarə qəzası ilə əlaqədar Ukrayna Prezidentinə başsağlığı göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]