“Qırmızı Kitab”ın III nəşri ilə əlaqədar işçi qrupunun yaradılması məsələsi müzakirə olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Elmi şuranın yeni tərkibinin təsdiq olunması, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşri ilə əlaqədar olaraq işçi qrupunun yaradılması, 2020-ci il üçün elmi-tədqiqat işlərinin mərhələləri, 2019/2020-ci illər üçün dissertanturaya qəbulun nəticələri və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb, qərarlar qəbul edilib.