QISAMÜDDƏTLİ İSTİQRAZLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, avqustun 19-da Bakı Fond Birjasında (BFB) dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərraca çıxarılan iki növ istiqrazın ümumi məbləği 13 milyon manatdır. müvafiq olaraq, avqustun 18-də və 2009-cu il fevralın 17-də ödəniləcək istiqrazların tədavül müddəti 364 və 182 gündür.